Kamerunun qadınlardan ibarət həndbol millisi “Bakı-2017”də ilk qələbəni bayram edib
Bakı, 11 may, AZƏRTAC
Mayın 11-də “Bakı-2017”də qadınların həndbol yarışında qrup mərhələsinin son turunun oyunları çərçivəsində Özbəkistan və Kamerun kollektivləri üz-üzə gəliblər.
AZƏRTAC xəbər verir ki, iraqlı hakimlər briqadasının idarə etdiyi oyunda Afrika təmsilçiləri 41:25 hesabı ilə qələbə qazanıblar. Matçın ilk hissəsində Kamerun yığması 18:7 hesabı ilə qalib gəlib. İkinci yarını da çətinlik çəkmədən üstün başa vuran (23:18) kamerunlu həndbolçular turnirdə ilk qalibiyyətlərini rəsmiləşdiriblər.