Azərbaycan Dövlət İnformasiya Agentliyi

Kamilə Əliyeva: Vətəndaşlarımız təhlükədən yayınmaq üçün Operativ Qərargahın tövsiyələrinə ciddi əməl etməlidirlər

Kamilə Əliyeva: Vətəndaşlarımız təhlükədən yayınmaq üçün Operativ Qərargahın tövsiyələrinə ciddi əməl etməlidirlər

Bakı, 23 iyun, AZƏRTAC

Son aylar Azərbaycanda COVID-19 infeksiyasına yoluxma sayı azalmaya doğru gedir, sağalanların sayı yoluxanların sayını nisbət etibarilə bir neçə dəfə üstələyir. Ölüm halları minimum səviyyəyə enib və bu gün ölkəmizdə epidemioloji vəziyyət qənaətbəxş səviyyədədir.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Kamilə Əliyeva deyib.

Deputat vurğulayıb ki, bütün bunlar ölkə rəhbərliyinin, Prezident İlham Əliyevin pandemiyanın ilk günlərindən həyata keçirdiyi hərtərəfli qabaqlayıcı tədbirlərin nəticəsidir. Dövlətimizin başçısının göstərişinə əsasən, koronavirus təhlükəsinin azaldılması və müvafiq tədbirlərin həyata keçirilməsi məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı. Bir sıra dövlət xəstəxanaları koronavirus xəstələrinin müalicəsi üçün səfərbər edildi. Müasir tipli xəstəxana vaxtından əvvəl istifadəyə verildi. Çox qısa müddətdə Bakı və bölgələrdə modul tipli xəstəxanalar tikildi.

K.Əliyevanın sözlərinə görə, yoluxma hallarının pik vaxtlarında Türkiyədən, Rusiyadan, Kubadan yüksəkixtisaslı həkimlər və tibbi heyət Azərbaycana dəvət edildi. Bütün dünyada tibbi maskaların və ləvazimatlarının çatışmadığı vaxtlarda Azərbaycanda tibbi maska və xüsusi geyim istehsal edən müəssisələr yaradıldı. Həmçinin pandemiya səbəbindən iş yerlərini itirmiş, muzdla çalışan vətəndaşlara hər ay 190 manat birdəfəlik ödənişlər edildi. Pandemiyadan ziyan çəkmiş sahibkarlara dövlət büdcəsindən 2,5 milyard ABŞ dolları həcmində vəsait ayrıldı. Ölkə rəhbərliyi tərəfindən vətəndaşlarımızın sağlamlığı və rifahı naminə bütün zəruri addımlar atılıb. Bu gün hər birimiz bunun müsbət nəticəsini görürük.

“Koronavirusa qarşı peyvənd hazırlanıb istehsala başlandıqdan sonra bütün dünyada yeni bir qlobal problem meydana gəldi. Dünya əhalisi arasında vaksin çatışmazlığı problemi yarandı. Bəzi böyük və inkişaf etmiş ölkələr öz əhalilərinin sayından çox vaksin aldılar. Yoxsul, az inkişaf etmiş dövlətlərin əhalisinin sağlamlığı təhlükə ilə üzləşdi. Problemlə əlaqədar Prezident İlham Əliyev Qoşulmama Hərəkatının sədri kimi BMT-nin Xüsusi Sessiyasında çıxış edərək bütün dünya ölkələrini ədalətli olmağa çağırdı. Azərbaycan Liderinin bu çıxışı dünya ictimaiyyəti tərəfindən rəğbətlə qarşılandı. Prezident İlham Əliyev dünyaya bir daha bəyan etdi ki, Azərbaycan hər zaman ədalətin, insanpərvərliyin tərəfdarıdır”, - deyə deputat vurğulayıb.

Diqqətə çatdırılıb ki, Çin vaksin istehsal edən ilk dövlət oldu. Bundan sonra Rusiya və bir neçə Avropa dövləti vaksin istehsalına başladı. Vaksinlərin digər dövlətlərə verilməsi zamanı Prezident İlham Əliyevin güclü dövlət başçısı və yüksək şəxsi nüfuza malik olması bir daha sübuta yetirildi. Belə ki, Azərbaycan öz vətəndaşlarını vaksinlə təmin edən ilk dövlətlərdən biri oldu. 2021-ci il yanvarın 18-dən vətəndaşlarımız vaksinasiya olunmağa başladı. Artıq ölkəmizdə 4 ölkənin istehsal etdiyi vaksinlərdən istifadə edilir. Hər bir vətəndaşımız könüllü şəkildə istədiyi ölkənin vaksinini vurdura bilər. Bu işlər ölkəmizdə uğurla və sürətlə aparılır. Artır birinci və ikinci doza vaksin vurulanların sayı 2,5 milyon nəfərdən çoxdur.

2021-ci ilin əvvəllərindən başlayan vaksinasiya və görülmüş digər tədbirlər nəticəsində ölkəmizdə epidemioloji vəziyyətin daha da yaxşılaşdığını vurğulayan deputat qeyd edib ki, artıq bir sıra məhdudiyyətlər aradan qaldırılıb. Açıq havada maskasız gəzmək mümkündür, metro və ictimai nəqliyyatın hərəkəti bərpa olunub, idman zalları açılıb, böyük ticarət mərkəzləri fəaliyyətə başlayıb, iyulun 1-dən müəyyən şərtlər nəzərə alınmaqla, toy və nişan mərasimlərinin keçirilməsinə də icazə veriləcək.

K.Əliyeva bildirib ki, məhdudiyyətlər aradan qaldırıldıqca insanlar əvvəlki həyat tərzlərinə qayıdacaqlar. Digər tərəfdən, təhlükə hələ də qalmaqdadır. Bir çox ölkələrdə, xüsusilə qonşu Rusiya və Gürcüstanda vəziyyət təhlükəli həddə çatıb. Rusiyanın paytaxtı Moskva şəhərində pandemiya başlayandan rekord sayda yoluxma qeydə alınıb. Bu şəhərdə yenidən məhdudiyyətlər tətbiq olunmağa başlanıb. Gürcüstanda gündəlik yoluxma 1000-ə yaxınlaşıb, ölüm sayı 24 nəfərə çatıb. Bu ölkənin əsas gəliri turizmdən olduğundan sərhədlərini tam açıb, bu da vəziyyəti daha da gərginləşdirib. “Bir faktı da nəzərə almaq lazımdır ki, Rusiyada da, Gürcüstanda da yoluxanların əksər hissəsi Hindistan ştammı ilə yoluxublar. Rusiya və Gürcüstan bizimlə qonşu olduğundan bu virusun Azərbaycana keçmə ehtimalı çox yüksəkdir. Hindistan ştammının təhlükəli olması ondan ibarətdir ki, bu virus hüceyrələrə daxil olduğu təqdirdə, anticisimlərə qarşı davamlı olur.

Vətəndaşlarımız təhlükədən yayınmaq üçün Operativ Qərargahın tövsiyələrinə ciddi əməl etməli və vacib olmadığı təqdirdə xarici dövlətlərə səfər etməkdən çəkinməlidirlər. Bununla onlar həm özlərinin, həm də başqalarının sağlamlığını qorumuş olarlar”, - deyə deputat fikirlərini yekunlaşdırıb.

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqlayıb

Prezident İlham Əliyev: Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb

Azərbaycan Prezidenti: Bizi müharibəyə Ermənistan məcbur edib

Azərbaycan futzal millisinin oyunu ilk dəfə Lənkəranda keçiriləcək

BMT rəsmisi: Hörmüz boğazı açılmasa, dünyada ərzaq qıtlığı yaranacaq

QHT sədri: Kəlağayı qadın zərifliyinin, incəliyinin rəmzidir

Prezident: BMT TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək müharibələr davam edəcək

Erlinq Haaland Çempionlar Liqasında bir neçə rekorda imza atıb

Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxunub

“Ər-Riyad” qəzetində Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 35 illiyinə həsr olunmuş məqalə dərc edilib

Dövlət əmlakının özəlləşdirilməsi və icarəsindən büdcəyə 165 milyon manatdan çox vəsait köçürülüb

Azərbaycan Prezidenti AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışıb

Prezident: Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir

Ekspertlər: AQEM-in Bakı Zirvə Toplantısı Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırır

Azərbaycanın müdafiə naziri MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib

Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir
Prezident İlham Əliyev tədbirdə çıxış edib YENİLƏNƏCƏK

Xəzinələr, buzxanalar və 56 sütun: Qədim Ağsunun unudulmuş izləri VİDEO

Xəzinələr, buzxanalar və 56 sütun: Qədim Ağsunun unudulmuş izləri VİDEO

Rusiyanın Ryazan vilayətində neft emalı zavoduna dron hücumundan sonra yanğın baş verib

Beynəlxalq ekspert: İşəgötürənlər olmadan dəstəklənən məşğulluq modelini həyata keçirmək mümkün deyil

Hikmət Babaoğlu: Qarabağ yaddaşı yalnız emosional ağrı ilə məhdudlaşmamalıdır

Laos üzv dövlət qismində AQEM-ə qoşulub

“The Telegraph”: Britaniyalıların yarısı öz ölkələri uğrunda döyüşmək istəmir

Prezident İlham Əliyev: Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır

Mərkəzi Bank: Azərbaycanda orta səviyyəli təmərküzləşmə müşahidə olunur

Siyasi uzaqgörənlikdən tarixi Zəfərə doğru MƏQALƏ

Banklardan kredit götürən şəxslər üçün işsizlikdən sığortanın məcburi tətbiqi nəzərdə tutulur

Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılıb

İçərişəhərin Numizmatika Muzeyi: Qədim sikkələr bizə nə deyir? VİDEO

İçərişəhərin Numizmatika Muzeyi: Qədim sikkələr bizə nə deyir? VİDEO

Əminə Məlikova: Kəlağayı Azərbaycan qadınını sosial mənsubiyyətindən asılı olmayaraq bərabərləşdirən rəmzdir

Yük avtomobili yolda qalıb, 8 Noyabr prospektindən mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşıb

Bu saata olan əsas xəbərlər

Su təchizatına qoşulmaq üçün müraciət qaydaları açıqlanıb VİDEO

Su təchizatına qoşulmaq üçün müraciət qaydaları açıqlanıb VİDEO

Vətən müharibəsinin xronikası: 15 oktyabr

Parisdə Azərbaycanın mədəniyyəti və turizm potensialı fransız mütəxəssislərə təqdim olunub

“Rəqəmsal rabitə” informasiya sistemi haqqında ƏSASNAMƏ

“Rəqəmsal rabitə” informasiya sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycanda İslam maliyyəsi mexanizmlərinin tətbiqini məqsədilə normativ-hüquqi akt layihələri hazırlanıb

İsa Həbibbəyli: Yaşıl sivilizasiya yeni inkişaf mərhələsinin əsasını qoyur

SOMDA müddətdən artıq həqiqi hərbi xidmətə qəbulla əlaqədar müsabiqə elan edir

Azərbaycan klubu braziliyalı voleybolçunu heyətinə qatıb

Həsrətdən qayıdışa: 33 ildən sonra doğma kənddə yenidən başlayan həyat

Fransa yeni gəlir mənbələri olmadan Aİ-nin gələcək büdcəsini dəstəkləməyəcək

AMB: Altı ayda maliyyə sektorunun aktivləri 65 milyard manata çatıb

Rusiya İranda Rəşt-Astara dəmir yolu xəttinin tikintisinə başlamağı planlaşdırır

bp-nin nümayəndəsi: İnklüzivlik yalnız sosial məsuliyyət deyil, həm də bizim dəyərimizdir

Azərbaycan Yaponiyanın məşhur “VIVANT” serialının ikinci mövsümündə geniş təqdim olunacaq

AMEA-nın müxbir üzvü: Şəhərlərin inkişafında ekoloji tarazlığın qorunması vacibdir

Qazaxıstanda “New Silk Way” beynəlxalq nəqliyyat-logistika forumu keçirilir

Aqrar Süni İntellekt layihəsi çərçivəsində həllərin tətbiqi genişləndiriləcək

"AzerGold" QSC-nin nümayəndəsi: Əsas məqsəd peşəkar inkişaf üçün yararlı imkanların təmin edilməsidir

Balakəndə səyyar tibbi aksiya çərçivəsində 574 nəfərə ödənişsiz xidmət göstərilib

ÜST: Qurğuşunun mənfi təsirindən hər il 3,5 milyondan çox insan dünyasını dəyişir

Qara dənizdə tankerdə baş verən yanğın nəticəsində 8 nəfər itkin düşüb

Azərbaycan dünya çempionatında 9 boksçu ilə təmsil olunacaq

Danimarka millisinin sabiq baş məşqçisi vəfat edib

Keniyada Ebola virusuna ikinci yoluxma halı qeydə alınıb

MDB Məşvərət Şurasının 39-cu iclasının iştirakçıları Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər

Ekoloji təhlükəsiz şəhərlər üçün innovativ həllər: Beynəlxalq elmi simpozium

Nazir müavini: Aqrar Süni İntellekt layihəsi çərçivəsində 313 min fermerin reytinqi qiymətləndirilib

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb

“Qarabağ” – “Neftçi” matçı FIFA referisinə tapşırılıb

AQEM çərçivəsində Azərbaycanın artan rolu: Bağlantılar, rəqəmsallaşma və dayanıqlı inkişaf – TƏHLİL

Pakistanda məktəbin damının çökməsi nəticəsində 19 nəfər həlak olub

Strateji hədəflər, milli maraqlar və ictimai məsuliyyət – Yevlaxda müşavirə

Beynəlxalq Muğam Mərkəzində konsert: 95 illik sənət yolu, bir orkestrin musiqi yaddaşı

İcraçı direktor: İnklüzivliyi bərabər imkan kimi qiymətləndiririk

AzTU-nun müəllimi Macarıstan universitetində tələbələrə mühazirə oxuyub

Azərbaycan Universitetinin 16 tələbəsi PTE sertifikatı əldə edib

Kristalina Georgiyeva: Səudiyyə Ərəbistanına hücumlar bütün dünyaya mənfi təsir göstərə bilər

Azərbaycanda suvarmanın idarə edilməsində rəqəmsal imkanlar genişləndirilir

Yenilənməyəcəyi təqdirdə Luvr muzeyi bağlanmaq təhlükəsi ilə üzləşə bilər

İlhamə Qədimova: Aqrar Süni İntellekt layihəsində bitki sağlamlığı üzrə yeni həllər tətbiq edilir

Baş direktor: Autizmli şəxslərə və onların ailələrinə anlayışla yanaşmaq hər birimizin məsuliyyətidir

Nazir müavini: Aqrar Süni İntellekt layihəsi çərçivəsində 24 həll üzrə hazırlıq işləri başa çatıb

ADAU-da əcnəbi tələbələrə hüquq və vəzifələri barədə məlumat verilib

Çempionlar Liqasında məhsuldarlıq rekordu yenilənib

Kənd Təsərrüfatı Nazirliyi 33 süni intellekt və rəqəmsal həll hazırlayacaq

® “İrşad”da “Yaşıl Cümə” günləri başlayır: 10 günlük xüsusi endirimlər və sərfəli təkliflər VİDEO

® “İrşad”da “Yaşıl Cümə” günləri başlayır: 10 günlük xüsusi endirimlər və sərfəli təkliflər VİDEO

BSU-nun rektoru: İnklüziv təhsil gənclərimiz üçün imkanların yaranması baxımından mühüm əhəmiyyət daşıyır

Yəmən hökuməti Taiz şəhərindəki mühasirənin aradan qaldırılması üçün BMT-yə çağırış edib

AGMA: Məktəblərdə vahid geyim qaydalarına riayət olunması vacibdir

Azərbaycan Astanada keçirilən qadın aqrar biznesinin inkişafı üzrə beynəlxalq seminarda təmsil olunur

Şri-Lankada hər il orta hesabla 138 nəfər fillərin hücumu nəticəsində həyatını itirir

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

İtaliya Silahlı Qüvvələrinin hərbi qulluqçuları Azərbaycana səfər ediblər

Regional Turizm Şuralarının iclasları təşkil olunub

Azərbaycanın qadın güləşçisi U-23 dünya çempionatının finalına yüksəlib

Xəzər İnşaat Həftəsinin ikinci günü: Qarabağın inkişafında gənclərin iştirakı diqqət mərkəzində

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Türkiyə klubları avrokuboklarda növbəti oyunlarına çıxacaq

Azərbaycan avarçəkənləri beynəlxalq yarışda 4 medal qazanıblar

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

Aytən Eynalova: İnklüziv məşğulluq hamımızın ortaq məsuliyyətidir

ABŞ İrana kəşfiyyat məlumatları ötürən gəmini vurduğunu açıqlayıb

Çexiya ilə nəqliyyat və logistika sahəsində əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb

Çempionlar Liqasında tarixi hesab qeydə alınıb

Qobustanda müşavirə: YAP-ın VIII Qurultayının qərarları və qarşıda duran hədəflər

Almaniyada uşaqların sosial şəbəkələrdən istifadəsinə yaş məhdudiyyətinin tətbiqi planlaşdırılır

“Mən "qospodin Vekilov" yox, Səməd Vurğunam”... - bir mübarizənin tarixçəsi