KANADADA NATO PARLAMENT ASSAMBLEYASININ PAYIZ SESSİYASI KEÇİRİLƏCƏK
AZƏRTAC-ın verdiyi məlumata görə, bu ilin noyabrında Kanadada NATO Parlament Assambleyasının payız sessiyası keçiriləcəkdir. Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov bildirmişdir ki, sessiyada ingiltərəli deputat Frenk Kuk tərəfindən Cənubi Qafqazdakı vəziyyəti əks etdirən məruzə dinləniləcəkdir. Məruzədə Dağlıq Qarabağla bağlı məsələyə də geniş yer veriləcəkdir. Azərbaycan nümayəndə heyəti hələ ötən sessiyada ölkəmizin işğal olunmuş ərazilərində son vəziyyətlə bağlı bu qurumu məlumatlandırmışdır.
Sessiyada Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi, 1 milyondan çox qaçqın və məcburi köçkün düşmüş insanların ağır sosial vəziyyəti və digər məsələlərlə bağlı geniş məlumat veriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [16:19]
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək
- 15.10.2026 [16:13]