Karateçimiz Asiman Qurbanlı "Bakı-2017"nin bürünc medalı uğrunda yarışacaq
Bakı, 14 may, Nihad Budaqov, AZƏRTAC
Karatenin kumite yarışlarında Azərbaycan idmançısı Asiman Qurbanlı (+84 kq) IV İslam Həmrəyliyi Oyunlarının bürünc medalı uğrunda mübarizə aparacaq.
AZƏRTAC xəbər verir ki, A.Qurbanlı yarımfinalda iranlı Sayad Qanzadeyə 4:5 hesabı ilə məğlub olub. İdmançımız "Bakı-2017"nin bürünc medalı uğrunda yarışacaq.