Karateçimiz İrina Zaretska ikinci Avropa Oyunlarının finalına vəsiqə qazanıb
Minsk, 29 iyun, AZƏRTAC
İyunun 29-da “Minsk 2019” ikinci Avropa Oyunlarının karate yarışlarında mübarizə aparan İrina Zaretska (68 kq) finala vəsiqə qazanıb.
AZƏRTAC xəbər verir ki, yarımfinalda ukraynalı Halina Melniki minimal hesabla məğlubiyyətə uğradan təmsilçimiz finala vəsiqəni təmin edib. Karateçimiz finalda italiyalı Silvia Semeraro ilə qarşılaşacaq.
Xatırladaq ki, İ.Zaretska qrup mərhələsində S.Semeraro ilə xalsız heç-heçə edib.
Qeyd edək ki, “Bakı 2015” birinci Avropa Oyunlarının qalibi olan İrina Zaretska cari ildə Karate 1 Premyer Liqa turnirində ikinci yeri tutub. O, ötən il dünya çempionatında birinci yeri tutub.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk