Kazanda enerji resurslarının səmərəliliyi və ekologiya üzrə Tatarıstan beynəlxalq forumu keçiriləcək
Bakı, 4 fevral, AZƏRTAC
Martın 17-dən 19-dək Kazanda enerji resurslarının səmərəliliyi və ekologiya üzrə Tatarıstan beynəlxalq forumu keçiriləcək. Foruma işgüzar proqram, “Energetika. Resurslara qənaət” adlı XXI beynəlxalq ixtisaslaşdırılmış sərgi və “XXI əsrin ekotexnologiyaları və avadanlığı” adlı XV ixtisaslaşdırılmış sərgi daxildir.
Tatarıstan Respublikasının Azərbaycandakı daimi nümayəndəliyindən AZƏRTAC-a bildirilib ki, enerji resurslarının səmərəliliyi və ekologiya üzrə Tatarıstan beynəlxalq forumu - konstruktiv dialoq, qabaqcıl təcrübə mübadiləsi, yeni ideyaların təqdimatı, enerji resurslarının səmərəliliyi sahəsində perspektiv texnologiyaların və layihələrin, innovasiyalı texnologiyaların tətbiqi, məqsədli investisiyanın cəlb edilməsi, elmi nailiyyətlərin nümayişi, yeni işlənmələr, beynəlxalq və regionlararası biznes əlaqələrinin möhkəmlənməsi, Rusiya regionları təsərrüfat subyektləri, xarici ölkələr və dünya birliyi ilə ümumilikdə, Tatarıstanın müəssisə və təşkilatları arasında qarşılıqlı əlaqələrin inkişaf perspektivlərini müəyyən edən enerji resurslarının səmərəliliyinin artırılmasında təsirli mexanizmlərin hazırlanması üçün mötəbər peşəkar platformadır.
Ənənəvi olaraq respublikanın birinci şəxslərinin, federal və regional hakimiyyət orqanları nümayəndələrinin, Rusiyanın regionlarından, xarici ölkələrdən olan nüfuzlu qonaqların iştirakı ilə keçən forum özünün illik yüksək nüfuzunu təsdiqləyərək ekspert birliyi tərəfindən yüksək dəyərləndirilib.
Forum iştirakçıları və qonaqlara hər il məzmunlu diskussiyalarla zəngin olan aktual işgüzar proqram, panel diskussiyaları, dəyirmi masalar, konfranslar, biznes görüşləri təklif olunur. Bu tədbirlər enerjiyə qənaət, enerji səmərəliliyinin və ekologiyanın artırılması sahəsində perspektiv ideyaların və təşəbbüslərin irəliləməsinə yardım edir.