İQTİSADİYYAT
Keçən ay OPEC-in gündəlik neft istehsalı 25 milyon barreli ötüb
![Keçən ay OPEC-in gündəlik neft istehsalı 25 milyon barreli ötüb](/files/2021/1/1200x630/16183186395614962178_1200x630.jpg)
Bakı, 13 aprel, AZƏRTAC
Mart ayında Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) üzrə gündəlik xam neft hasilatı artıb.
AZƏRTAC xəbər verir ki, bu barədə OPEC-in aylıq hesabatında deyilir. Bildirilir ki, keçən ay OPEC-in neft istehsalı fevralla müqayisədə 200 min barrel artaraq sutkada 25 milyon 40 min barrel təşkil edib. OPEC-in dünya neft hasilatındakı payı isə 26,9 faiz olub.
Ötən ay OPEC üzrə neft istehsalını ən çox artıran ölkə İran olub. Bu ölkənin gündəlik hasilatı əvvəlki aya görə 137 min barrel artıb.
Ay ərzində kartelə üzv ölkələrdən neft istehsalı ən çox Səudiyyə Ərəbistanında azalıb. Belə ki, ölkədə sutkalıq hasilat 33 min barrel geriləyib.
Martda dünyadakı qazma qurğularının sayı fevralla müqayisədə 42 ədəd azalaraq 1339 olub. Həmin qurğuların 355-i OPEC-ə üzv ölkələrdədir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]