Keçən il dövlət büdcəsi gəlirlərinin 25,8 faizi ARDNF tərəfindən transfert olunub
Bakı, 25 iyun, AZƏRTAC
2022-ci ildə dövlət büdcəsinin gəlirləri 30 milyard 660,6 milyon manat təşkil edib və bunun 7 milyard 923 milyon manatı və yaxud 25,8 faizi ARDNF tərəfindən transfert olunub.
AZƏRTAC Azərbaycan Respublikası Dövlət Neft Fondun 2022-ci il üzrə maliyyə (audit) hesabatına istinadla xəbər verir ki, transfert dövlət büdcəsi xərclərinin (32 milyard 8,3 milyon manat) 24,7 faizini təşkil edib.
Ötən il ərzində xam neftin və qazın qiymətlərinin dövlət büdcəsində nəzərdə tutulan baza qiymətindən yüksək olması ilə əlaqədar dövlət büdcəsinə neft və qaz vergiləri üzrə büdcədə nəzərdə tutulandan daha çox vəsait daxil olub ki, bu da öz növbəsində dövlət büdcəsinin mühüm daxilolma mənbəyi olan ARDNF-dən dövlət büdcəsinə transfertin məbləğində azalmaya şərait yaradıb. Belə ki, 2022-ci ildə dövlət büdcəsinə nəzərdə tutulan transfertin yuxarı həddi 11 milyard 517,5 milyon manat olsa da, bu rəqəm 68,8 faiz səviyyəsində icra edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [17:57]
Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb
- 29.09.2026 [17:48]
ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib
- 29.09.2026 [17:35]
® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri
- 29.09.2026 [17:20]