Keçən il Gürcüstanda 115 min iş yeri bağlanıb
Tbilisi, 29 mart, AZƏRTAC
Koronavirus pandemiyası səbəbindən Gürcüstanda biznes-sektorda 115 min iş yeri bağlanıb.
AZƏRTAC xəbər verir ki, ən çox azalma əyləncə sənayesində qeydə alınıb - 63 faiz. İş yerlərinin daha çox azaldığı ikinci sahə mehmanxana sektorudur. Bu sahədə ixtisarlar 46 faiz təşkil edib.
Keçən il iş yerlərinin artdığı yeganə sahə təhsil sistemi olub. İl ərzində bu sahədə iş yerlərinin sayı 3,3 faiz artıb.
Hesabat dövründə kiçik sahibkarlıq subyektlərində 108 min iş yeri bağlanıb.
Orta biznes sahəsində 4,2 faiz, böyük biznes sahələrində isə 0,2 faiz azalma olub.
Gürcüstan Milli Statistika Xidmətinin məlumatına görə, kiçik biznesdə ümumilikdə iş yerləri 50 nəfərədək olub və bu sektorda illik dövriyyə 12 milyon lari təşkil edib.
Orta biznes sektorunda iş yerləri 50-dən 250-dək, illik dövriyyə isə 12 milyon laridən 60 milyon lariyədək olub.
İş yerləri 250-dən çox olan iri sahibkarlıq subyektlərinin illik dövriyyəsi isə 60 milyon laridən çox olub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [15:12]
Papa XIV Leonun səfərinin maliyyələşdirilməsi Fransada problemə çevrilib
- 23.09.2026 [15:01]
Ankara Böyükşəhər Bələdiyyəsinin sədri CHP-dən istefa verib
- 23.09.2026 [15:00]
Qazaxıstanda təhlükəsizlik sahəsində prioritetlər müəyyənləşdirilib
- 23.09.2026 [14:51]
Çin hökuməti ölkənin bütün ərazisində neft və nadir metallar axtarır
- 23.09.2026 [14:34]
Kreml Putinin Tramp və Zelenski ilə mümkün görüşünə münasibət bildirib
- 23.09.2026 [12:46]
İnterpol xətti ilə axtarılan 76 şəxs Türkiyəyə ekstradisiya edilib
- 23.09.2026 [12:32]
Fransızların 86 faizi övladlarının gələcəyindən narahatdır
- 23.09.2026 [12:00]