KEÇƏN İL UCARDA 1720-DƏN ÇOX İŞ YERİ AÇILMIŞDIR
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, 2005-ci ildə Ucarda 1726 iş yeri açılmışdır. Bunun 251-i yeni yaradılmış, 25-i isə bərpa edilmiş istehsal müəssisələri və xidmət obyektlərində açılmışdır. 1450 nəfər isə müvəqqəti və mövsümi işlərdə çalışmışdır.
Rayonda gənclərin iş yerləri ilə təmin edilməsinə xüsusi diqqət yetirilir. Keçən il yaradılmış daimi iş yerlərində çalışanların əksəriyyəti gənclərdir.