KEÇMİŞ ÇİLİ DİKTATORU HÜQUQİ TOXUNULMAZLIQDAN MƏHRUM EDİLDİ
1973-2004-cü illərdə Pinoçet 27 milyon dollarlıq var-dövlət toplamışdır. İstintaq onun və ailə üzvlərinin müxtəlif xarici banklarda 100-dən çox hesabını tapmışdır. Bu hesablar əksər hallarda uydurma adamların adlarına açılmışdır.
İki ay əvvəl Çili gizli polisinin sabiq başçısı Manuel Kontreras bildirmişdir ki, Pinoçet milyonlarla dollarlıq sərvətini narkotik maddələr alveri hesabına toplamışdır. Onun sözlərinə görə, hərbi kimyəvi laboratoriyalardan birində kokain istehsal edilir, ABŞ-a və başqa ölkələrə göndərilirdi. Kontreras demişdir ki, narkotiklərin satışında Pinoçetin kiçik oğlu Marko Antonionun da əli vardı.
Son bir neçə ildə Pinoçet sabiq dövlət başçısı kimi malik olduğu məhkəmə toxunulmazlığını dəfələrlə itirmişdir. Generalın müdafiəçiləri onun, ilk növbədə, səhhəti ilə əlaqədar proseslərin dayandırılmasına bir neçə dəfə müvəffəq olmuşlar. Lakin 2005-ci ilin oktyabrında Pinoçet bir daha tibbi müayinədən keçirilmişdir. Bir nəfərdən başqa, qalan bütün həkimlər belə qənaətə gəlmişlər ki, sabiq diktatorun səhhəti ona ədalət məhkəməsi qarşısında durmağa imkan verir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [22:43]
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
- 15.10.2026 [22:24]
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
- 15.10.2026 [20:48]
Rusiya ABŞ-yə dizel yanacağının tədarükünə 2-3 həftə ərzində başlaya bilər
- 15.10.2026 [20:28]
Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək
- 15.10.2026 [19:19]
Fyodor Şukin Dağıstanın rəhbəri seçilib
- 15.10.2026 [19:18]