Kənan Quluzadə: Çinli turistləri ölkəyə cəlb etməyi qarşıya məqsəd qoymuşuq
Bakı, 21 noyabr, AZƏRTAC
Azərbaycanda turizmin inkişafı yalnız Bakı şəhəri ilə yekunlaşa bilməz və bunun üçün regionlarda da turizmin inkişaf etdirilməsi mütləqdir. Biz Azərbaycanın ən gözəl regionlarında turistləri maraqlandıran və cəlb edən bir çox layihələr həyata keçiririk.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Milli Turizm Təbliğat Bürosunun mətbuat katibi Kənan Quluzadə deyib.
“Ərəb turistləri ölkəmizə cəlb edə bildik, bu dəfə çinli turistləri cəlb etməyi qarşımıza məqsəd qoymuşuq. Bu istiqamətdə işlər gedir. Tezliklə Bakı şəhərində turistlər üçün bələdçilər quraşdırılacaq. Bələdçilər 2 dildə - rus və ingilis dillərində olacaq. Bir sözlə yeni yaranmağımıza baxmayaraq, qısa zaman kəsiyində böyük işlər görmüşük. İşlər çoxdur, sadəcə zamana ehtiyacımız var”, - deyə K.Quluzadə söyləyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.07.2026 [17:56]
Bu ilin birinci yarısında hotellərin gəlirləri 279 milyon manat olub
- 20.07.2026 [14:19]
Moskvada Azərbaycanın turizm potensialı təqdim olunub
- 15.07.2026 [12:26]
“Şahdağ” Turizm Mərkəzində “TourismLAB” yay düşərgəsi təşkil olunub
- 09.07.2026 [14:26]