Kənd təsərrüfatı bitkilərinin toxumluq əkinlərində aprobasiyanın aparılmasına başlanılıb
Bakı, 4 iyun, AZƏRTAC
Aqrar Xidmətlər Agentliyi Aqrar Elm və İnnovasiya Mərkəzi ilə birgə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki qurumların təsərrüfatlarında, eləcə də özəl toxumçuluq təsərrüfatlarında aprobasiyanın aparılmasını məhsul yığımına 10 gün qalmış başa çatdıracaq.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri Rafail Quliyev, Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru İmran Cümşüdov, Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Faiq Xudayev, Aqrar Xidmətlər Agentliyinin şöbə müdiri Mötəsim Əhmədov, Laboratoriya, Ekspertiza va Sertifikatlaşdırma Mərkəzinin rəhbəri Rəşad Vahabzadə və digər şəxslərin təmsil olunduğu komissiya toxumluq sahələrdə monitorinqlərə başlayıb.
Komissiya üzvləri Qobustan, Şəki, Tərtər, Kürdəmir və bölgələrdə yerləşən stansiyalarda, özəl təsərrüfatlarda sahələrə, sərgi və nümayiş əkinlərinə baxış keçərərək sort nümunələrinin marfoloji əlamətlərini, inkişaf dinamikasını təhlil ediblər. Yerli və intraduksiya olunmuş sort və sort nümunələrinin adaptasiya xüsusiyyətləri təhlil olunub.
Monitorinq davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]