Kənd təsərrüfatı məhsullarının yığımına başlanıb
Bakı, 14 iyun, AZƏRTAC
İyunun 1-nə kimi tarlalardan 82,0 min ton və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 49,9 faiz çox taxıl, 172,0 min ton (12,0 faiz az) kartof, 385,3 min ton (18,1 faiz çox) tərəvəz, 29,5 min ton (22,4 faiz çox) meyvə və giləmeyvə, 496,4 ton (33,2 faiz çox) yaşıl çay yarpağı yığılıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, 2023-cü ilin yanvar-may aylarında diri çəkidə 226,9 min ton ət, 909,5 min ton süd, 918,6 milyon ədəd yumurta, 11,7 min ton yun, 116,8 ton barama istehsal olunub. 2022-ci ilin yanvar-may ayları ilə müqayisədə ət istehsalı 3,1 faiz, süd istehsalı 2,1 faiz, yumurta istehsalı 11,4 faiz, barama istehsalı 3,6 dəfə artıb, yun istehsalı isə 2,0 faiz azalıb.
2022-ci ilin yanvar-may ayları ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 5,2 faiz, o cümlədən heyvandarlıq məhsulları istehsalı 3,5 faiz, bitkiçilik məhsulları istehsalı 10,9 faiz artıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [19:02]
Azərbaycan məhsulları Minskdə beynəlxalq sənaye sərgisində nümayiş olunur
- 30.09.2026 [18:11]
® "Prime Leasing" Cənub bölgəsində: Cəlilabadda yeni filial qapılarını açdı
- 30.09.2026 [18:04]
Qeyri-neft-qaz ixracında yeni mərhələ: Sahibkarlar üçün yeni imkanlar
- 30.09.2026 [17:46]