KƏND TƏSƏRRÜFATI VƏ SƏHİYYƏ NAZİRLİKLƏRİ ƏHALİNİ XƏBƏRDAR EDİR
Hazırda ev quşları arasında yoluxma halları qeydə alınmamışdır.
İnsanlar arasında “quş qripi” ilə yoluxmuş şübhəli və ya xəstə şəxslər aşkar edilməmişdir. Səhiyyə xidməti tərəfindən bütün lazımi profilaktik tədbirlər görülür.
Kənd Təsərrüfatı və Səhiyyə nazirlikləri əhalidən xahiş edirlər ki, quşlarla sıx təmasdan çəkinmək, ev quşlarını çöl quşlarından təcrid etmək üçün onları qapalı şəraitdə saxlamaq lazımdır. Hər bir çöl və ya ev quşunun ölüm hadisələri haqqında yerli Dövlət Baytarlıq Xidmətinə məlumat vermək vacibdir. Xəstə və ya ölü quş ilə təmasda olduqdan sonra xəstəlik əlamətlərini hiss etdikdə dərhal tibb müəssisəsinə müraciət etmək lazımdır. Sabun “quş qripi” virusunu məhv edir, əlləri su və sabun ilə tez-tez yumaq məsləhət görülür. Quş yumurtaları 10 dəqiqə bişirilməli və quş əti lazımi termik işlənmədən keçirilməlidir. Yadda saxlamaq lazımdır ki, yüksək temperatur “quş qripi” virusunu məhv edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]