KƏNDLƏRƏ TƏBİİ QAZ VERİLİR
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, daxili imkanlar hesabına qısa müddətdə 7 min metrlik boru xətti əsaslı təmir olunmuş 100-dən yuxarı mənzilə “mavi yanacaq” çatdırılmışdır. İyul ayınadək kənd tamamilə qazlaşdırılacaqdır.
Bu il rayonun Ovçubərə, Amənkənd və Əliabad kəndlərinə yeni qaz xətlərinin çəkilməsi nəzərdə tutulur.
X X X
“Azəriqaz” Qapalı Səhmdar Cəmiyyətinin Saatlıdakı müvafiq sahəsi rayonun Qıraqlı kəndində qaz xətlərinin əsaslı təmirini sürətləndirmişdir.
Mövcud xətlər istismara yaramadığı üçün kəndə təbii qaz verilməsi bir müddət dayandırılmışdı. Cəmiyyətin Tikinti-quraşdırma sahəsi tərəfindən qısa müddətdə burada min metr uzunluğunda əsas xətlər təzələnmişdir. Sentyabr ayınadək 300-dən çox abonent təbii qazdan istifadə edə biləcəkdir.
Bu il rayonun daha üç kəndində təmir işləri görüləcək, sakinlərə təbii qaz veriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [15:21]
Bakıda Azərbaycan-Kamboca biznes-forumu keçirilir
- 12.10.2026 [13:40]
Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 20 faizdən çox artıb
- 12.10.2026 [13:20]
Avropada qazın qiyməti həftəyə artımla başlayıb
- 12.10.2026 [12:45]