Kərim Şükürov: Təhsil müəssisələrində tarixin tədrisi konsepsiyası kökündən yanlışdır
Bakı, 20 aprel, AZƏRTAC
Respublikamızın təhsil müəssisələrində tarixin tədrisi konsepsiyası kökündən yanlışdır. Daha öncə də qeyd olunduğu kimi, 5-8-ci siniflərdə keçirilənlər 10-11-ci sinifdə, sonra ali məktəbdə xronoloji ardıcıllıqla təkrar olunur. Bu təkrarlar biliyin möhkəmləndirilməsinə imkan yaratmaq əvəzinə, bir xaos yaradır.
AZƏRTAC xəbər verir ki, bunu AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun baş direktoru Kərim Şükürov Əqli Mülkiyyət Agentliyinin təşkilatçılığı ilə “Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya əzəli Azərbaycan-Türk torpaqları olan Zəngəzur həqiqətləri” mövzusunda keçirilən konfransda söyləyib. O, həmçinin qeyd edib ki, ali məktəblərdə tarixi problemlərə bölmək olar və bunun nəticəsində tələbə də öz bilik bazasını möhkəmləndirə bilər.
Kərim Şükürov Əqli Mülkiyyət Agentliyinin keçirdiyi bu konfransı elmi platforma kimi yüksək qiymətləndirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [14:49]
Fizika üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
- 06.10.2026 [12:55]
“Rəqəmsal məktəb” platformasının əhatə dairəsi genişləndirilir
- 06.10.2026 [12:10]