Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasına yeni müraciət etmiş ekspertlərlə görüş keçirilib
Bakı, 21 oktyabr, AZƏRTAC
Oktyabr ayı ərzində Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasına (AKTA) yeni müraciət etmiş ekspertlər ilə qrup və fərdi şəkildə görüşlər keçirilib. Görüşlərdə Bakı və regionlardan olan 20-dək şəxs iştirak edib.
AKTA-dan AZƏRTAC-a bildirilib ki, görüşlər zamanı ekspertlərin sahə üzrə fəaliyyəti, son illər iştirak etdikləri layihələr və təcrübələri barədə məlumatlar təqdim edilib. Onların AKTA çərçivəsində həyata keçirilməsi mümkün olan təşəbbüs və təklifləri səsləndirilib. Bu təkliflərin həyata keçirilməsi üçün planlar müzakirə olunub.
Görüşlərdə iştirak edən AKTA İdarə Heyətinin sədri Elvin Balacanov və sədr müavini Rauf Cabarov tərəfindən gələcək planlar, ekspertlərdən gözləntilər və mümkün əməkdaşlıq imkanları qeyd edilib. Bildirilib ki, ekspertlərin maarifləndirmə və təhsil sahəsi üzrə təlimçi qismində könüllülük fəaliyyətinə xüsusi ehtiyac var.
Qeyd edək ki, ekspertlər AKTA-nın fiziki üzvləri hesab edilir və AKTA-nın fəaliyyətində aktiv iştirak edirlər. AKTA ekspertləri xüsusi seçim prosedura əsasında AKTA üzvlüyünə qəbul ediliblər və onların sayı 46-ya çatıb. Ekspertlər barədə məlumatları AKTA saytında yerləşən ekspert bankından əldə etmək mümkündür. İT və kibertəhlükəsizlik sahəsi üzrə mütəxəssislər aşağıdakı link vasitəsilə ekspert olmaq üçün müraciət edə bilərlər: