Kimyaçı alimlərin məqaləsi beynəlxalq jurnalda dərc olunub
Bakı, 17 aprel, AZƏRTAC
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun alimləri - akademik Dilqəm Tağıyev, AMEA- nın müxbir üzvü Məhəmməd Babanlı, aparıcı elmi işçi Leyla Məşədiyeva, Gəncə Dövlət Universitetinin professoru Yusif Yusibov və kimya üzrə fəlsəfə doktoru, dosent Dünya Babanlının həmmüəllifi olduğu məqalə “Web of Science” və “Scopus” elmi bazalarına daxil olan “Russian Journal of Electrochemistry” adlı beynəlxalq jurnalda dərc olunub.
Bu barədə AZƏRTAC-a Kataliz və Qeyri-üzvi Kimya İnstitutundan məlumat verilib. Bildirilib ki, “Ag - Sb - Se sisteminin Ag4RbI5 bərk elektrolitində EHQ metodu ilə termodinamiki tədqiqi” adlı məqalə sistemin 300- 450 K temperatur intervalında elektrik hərəkət qüvvəsi üsulu ilə termodinamiki tədqiqinə həsr edilib.
Qeyd edək ki, gümüşün mürəkkəb xalkogenidləri ekoloji təhlükəsiz termoelektrik, fotoelektrik, optik xassələrə və qarışıq ion-elektron keçiriciliyə malik funksional materiallar kimi elektrokimyəvi sensorlar, elektrod materialları, enerji çeviriciləri və s. hazırlanmasında istifadə oluna bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [17:01]
Pedaqoji Universitetə yeni qəbul olunmuş tələbələr Heydər Əliyev dərslərində
- 09.10.2026 [16:44]
Tədqiqatlarda süni intellektin tətbiqi
- 09.10.2026 [16:37]
Füzuli Bayatın türk şamanlığı haqqında kitabı Ankarada nəşr olunub
- 09.10.2026 [16:16]
Altı yaşlı uşağı dərsə necə uyğunlaşdırmaq olar? - müəllim izah edir VİDEO
- 09.10.2026 [15:38]