Kişi qılıncoynadanlarımız dünya kubokunun təsnifat mərhələsində çıxışlarını başa vurublar
Bakı, 19 mart, AZƏRTAC
Martın 19-da Rusiyanın Kazan şəhərində şpaqa üzrə dünya kubokunda şəxsi yarışa start verilib.
AZƏRTAC xəbər verir ki, kişi şpaqaçıların şəxsi yarışının təsnifat mərhələsində 5 qılıncoynadanımız mübarizə aparıb. Şpaqaçılarımızdan Kənan Əliyev və Ruslan Həsənov təsnifat mərhələsinin pley-offuna yüksəlməyi bacarıb. Fərrux Səfərov, Barat Quliyev və Xalid Əliyev isə mübarizəni erkən dayandırıb. Pley-offda keçirdiyi ilk görüşdə ABŞ təmsilçisi Adam Zmislovskiyə 15:13 hesabı ilə qalib gələn Kənan növbəti qarşılaşmada Yaponiya şpaqaçısı Ryu Matsumotoya 10:15 hesabı ilə uduzub. Ruslan Həsənov isə pley-off çərçivəsində keçirdiyi ilk görüşdə danimarkalı Konrad Konqstada 12:15 hesabı ilə məğlub olub. Martın 23-dək davam edəcək turnirdə kişi şpaqaçılarımız komanda yarışında çıxış edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [21:36]
Azərbaycan millisinin üzvü "Şamaxı"da
- 10.06.2026 [20:07]
"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb
- 10.06.2026 [17:22]
Dünya çempionatı: Türkiyə millisinin ilk oyununun baş hakimi açıqlanıb
- 10.06.2026 [17:14]
Premyer Liqaya yüksələn klub daha 3 futbolçu ilə vidalaşıb
- 10.06.2026 [16:19]