KİŞİLƏR ARASINDA OTÜSTÜ XOKKEY ÜZRƏ AVROPA KLUB ÇEMPİONLARI “ÇELENC-3” YARIŞI BAŞLAMIŞDIR
Azərbaycan Otüstü Xokkey Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, mayın 8-də Slovakiyanın paytaxtı Bratislavada kişilər arasında otüstü xokkey üzrə Avropa Klub Çempionları “Çelenc-3” yarışı start götürmüşdür.
B qrupunda yer alan Bakının “Atasport” klubu turnirdə ilk görüşünü Macarıstanın “Epitok” komandasına qarşı keçirmişdir. Görüş həmyerlilərimizin 2:1 hesablı qələbəsi ilə başa çatmışdır.
Sabah Azərbaycan təmsilçiləri Finlandiyanın “Tempu” klubu, mayın 10-da isə son görüşünü “Pliva Lipovçi”yə (Sloveniya) qarşı keçirəcəklər.
Otüstü xokkeyçilərimiz qrupda ilk iki pillədə qərarlaşacaqları təqdirdə, A qrupunun bir komandası ilə görüşəcəklər.
Turnirin iki ən yaxşı klubu növbəti mövsüm “Çelenc-2” divizionunda iştirak etmək hüququ qazanacaqdır.
Yarışlara mayın 11-də yekun vurulacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [17:46]
Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar
- 09.10.2026 [17:38]
Türkiyə klubunda almaniyalı baş məşqçi
- 09.10.2026 [17:21]
Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib
- 09.10.2026 [17:04]
“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq
- 09.10.2026 [16:41]
Azərbaycan Kubokunda son 23 mövsümün rekordu qeydə alınıb
- 09.10.2026 [16:31]
Azərbaycanın U-15 millisi UEFA İnkişaf Turnirinə Bakıda hazırlaşacaq
- 09.10.2026 [16:28]
Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vurulub
- 09.10.2026 [15:55]