Kitabxanada “Böyük siyasətə qayıdış” adlı ədəbiyyat bülleteni hazırlanmışdır
Bakı, 27 iyun (AZƏRTAC). Səbail Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində (MKS) ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr edilmiş “Böyük siyasətə qayıdış” adlı ədəbiyyat bülleteni hazırlanmışdır.
Kitabxananın veb-səhifəsində yerləşdirilmiş bülletenin müəllifi rayon MKS-in kütləvi tədbirlər şöbəsinin müdiri Cəmilə Səmədovadır.
AZƏRTAC xəbər verir ki, ədəbiyyat bülleteninə Elmira Axundovanın “Heydər Əliyev. Şəxsiyyət və zaman” altıcildliyinin dörd cildi, üç cilddən ibarət “Heydər Əliyev və mədəniyyət”, Budaq Budaqovun “Heydər Əliyev fenomeni”, Təvəkkül Səlimov-Şağaninin “Ömrün otuz ili”, Sadıq Şükürov və Mübariz Səfərovun “Millət atası” kitabları haqqında məlumatlar daxil edilmişdir. Bülletendə, həmçinin Ulu Öndər haqqında dünyanın tanınmış siyasətçilərinin və Ümummilli Liderin vətənpərvərliklə bağlı qiymətli kəlamları yer almışdır.
Ədəbiyyat bülletenində adları göstərilə nəşrləri MKS-in mərkəzi kitabxanasının fondundan əldə etmək mümkündür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2026 [14:12]
İngiltərənin nağılvari kəndləri: Kotsvoldsa səyahət - REPORTAJ
- 26.08.2026 [13:30]
Laçın Şəhəri Günü rəngarəng mədəni proqramlarla qeyd olunur YENİLƏNİB VİDEO
- 26.08.2026 [12:12]