Kiyev prokurorluğu metroya su dolması ilə bağlı təhqiqata başlayıb
Bakı, 9 dekabr, AZƏRTAC
Kiyev prokurorluğu paytaxt metrosu tunelinin bir hissəsinin su ilə dolması faktı ilə bağlı ibtidai istintaqa başlayıb.
AZƏRTAC xəbər verir ki, prokurorluğun sosial media hesabında dərc olunan məlumata görə, təhqiqat zamanı Kiyev metropoliteninin kommunal xidmətinin vəzifəli şəxslərinin və tuneli inşa edən podratçıların fəaliyyətinə hüquqi qiymət veriləcək.
Bir müddət öncə tuneldə təzyiqin azalması və su axını səbəbindən Kiyev metrosunun mavi xəttinin altı stansiyası bağlanıb. Tuneldə bərpa işlərinin təxminən altı aya yaxın davam edəcəyi bildirilir.
Qeyd edək ki, 1960-cı il noyabrın 6-da istifadəyə verilən Kiyev metropoliteni ümumi uzunluğu təxminən 70 kilometr olan üç xətdən və 52 stansiyadan ibarətdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [21:32]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:21]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [20:21]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]