K.M.ƏLİYEVİN XATİRƏSİNİN ƏBƏDİLƏŞDİRİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycanın xalq rəssamı Kamil Müseyib oğlu Əliyevin xatirəsini əbədiləşdirmək məqsədi ilə qərara alıram:
Bakı Şəhəri İcra Hakimiyyəti Kamil Müseyib oğlu Əliyevin yaşadığı binaya (Qüllə küçəsi, 18) xatirə lövhəsinin vurulmasını və Fəxri xiyabanda qəbirüstü abidəsinin tikilməsini təmin etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 oktyabr 2005-ci il