DÜNYA
Kobaxidze: Gürcüstanın Rusiya ilə bağlı praqmatik siyasəti davam edəcək
Tbilisi, 28 noyabr, AZƏRTAC
Gürcüstanın Rusiya ilə bağlı praqmatik siyasəti davam edəcək.
AZƏRTAC xəbər verir ki, bunu Gürcüstanın Baş naziri vəzifəsinə namizəd İrakli Kobaxidze parlamentdəki çıxışı zamanı söyləyib.
“Biz Rusiyaya qarşı praqmatik siyasəti davam etdirəcəyik. Bu siyasət bizə ölkədə və regionda sülhü qorumaq və ərazi bütövlüyümüzü sülh yolu ilə bərpa etmək üçün lazımdır”, – deyə Kobaxidze vurğulayıb.
O, həmçinin hökumətin növbəti 4 illik fəaliyyət proqramını parlamentə təqdim edib.
İ.Kobaxidzenin sözlərinə görə, hökumətin ölkənin iqtisadi inkişafı, işsizlik səviyyəsinin aşağı salınması, əhalinin sosial rifah halının yaxşılaşdırılması ilə bağlı böyük planları var.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi