KOBİA və Özbəkistanın Ticarət və Sənaye Palatası arasında görüş olub
Bakı, 22 avqust, AZƏRTAC
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və Özbəkistanın Ticarət və Sənaye Palatasının sədri Davron Vahabov arasında görüş keçirilib.
KOBİA-dan AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan-Özbəkistan İşgüzar Şurası çərçivəsində yaxın zamanlarda konkret fəaliyyət sahələri üzrə birgə görüşlərin təşkilinə, şuranın növbəti iclasında tekstil, kənd təsərrüfatı, sənaye və turizm kimi sahələrdə qarşılıqlı olaraq KOB-ların mal və xidmətlərindən istifadəni təşviq edən layihələrin müzakirəsinə dair fikir mübadiləsi aparılıb.
Həmçinin görüşdə 2022-ci ildə KOBİA və palata arasında Daşkənd şəhərində imzalanmış Anlaşma Memorandumundan irəli gələn məsələlər və əməkdaşlıq imkanları müzakirə edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [13:12]
AZAL-ın ixrac gəlirləri açıqlanıb
- 29.09.2026 [13:00]
“AzərEnerji”nin ixrac gəlirləri 66 faiz artıb
- 29.09.2026 [12:58]
“AzerGold”un ixrac gəlirləri 22 faiz artıb
- 29.09.2026 [12:55]
Azərbaycanın qızıl ixracından gəlirləri 29 faizədək artıb
- 29.09.2026 [12:46]
SOCAR-ın idarəsi 207 milyon dollarlıq qeyri-neft məhsulu ixrac edib
Bu saata olan əsas xəbərlər
- [12:01]
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]