KOFİ ANNAN BİN LADENİN HƏDƏLƏRİNDƏN QORXMUR
BMT-nin baş katibi Kofi Annan bildirmişdir ki, Üsəma bin Ladenin hədələrinə ciddi yanaşır, lakin buna görə öz həyat tərzini dəyişmək, yaxud işdən imtina etmək niyyətində deyildir.
K.Annan demişdir: “Aydındır ki, biz bunu ciddi qəbul edirik və ehtiyat tədbirləri görəcəyik, lakin mən, hər halda, indiki kimi yaşayacaq və öz işimlə məşğul olacağam”.
Baş katib ehtiyat tədbirləri deyərkən, şəxsi mühafizəsinin gücləndirilməsini və BMT-nin Nyu-Yorkdakı iqamətgahında təhlükəsizlik tədbirlərinin artırılmasını nəzərdə tutmuşdur. İqamətgahın hasarı daha hündür olacaq, darvaza daha möhkəmi ilə əvəz ediləcək, işıqlandırma, müşahidə və elektron keçid sistemləri dəyişdiriləcəkdir. Bütün bunlar təşkilata 21 milyon dollara başa gələcəkdir.
Hədə-qorxu yazılarının əsilliyi hələlik rəsmən təsdiq olunmayıbdır. Lakin bəzi KİV-lər ABŞ Mərkəzi Kəşfiyyat İdarəsindəki mənbələrə istinad edərək bildirirlər ki, oradakı səs məhz terrorçuların liderinə məxsusdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [14:48]
Türkiyədə məktəbdə baş verən silahlı insidentlə bağlı yayım qadağan olunub
- 22.09.2026 [14:14]
Avropada dizelin bahalaşması Macarıstanda da qiymətlərə təzyiqi artırır
- 22.09.2026 [12:52]
Liviyada qanunsuz silahlı dəstə neft kəmərini ələ keçirib
- 22.09.2026 [12:26]
Prezident Tokayev Qazaxıstan Xalq Şurasının tərkibini təsdiq edib
- 22.09.2026 [12:25]
Gürcüstan və Türkiyə liderləri Nyu-Yorkda görüşüblər
DİN müsabiqə elan edir
- [14:26]
Bəzi yerlərdə duman olacaq
- [12:33]
Bu saata olan əsas xəbərlər
- [12:00]