KOLLEGİYA İCLASINDA TİBBİ-SOSİAL EKSPERT KOMİSSİYALARININ FƏALİYYƏTİ MÜZAKİRƏ OLUNMUŞDUR
Nazir Füzuli Ələkbərov ölkəmizdə aztəminatlılara, xüsusilə əlillərə diqqət və qayğının daim artdığını, Prezident İlham Əliyevin bu kateqoriyadan olan vətəndaşlara xüsusi diqqət yetirdiyini vurğulamış, yerlərdə tibbi-sosial ekspertizanın dövlət siyasətinə uyğun səviyyədə həyata keçirilməsinin, əlillərin tibbi, peşə-əmək və sosial reabilitasiyasının məqsədyönlü qurulmasının vacibliyini söyləmiş, bu istiqamətdə görülən tədbirlərdən danışmışdır.
Səhiyyə nazirinin müavini Sənan Kərimov tibbi-sosial ekspertiza və əlillərin reabilitasiyası sahəsində hər iki nazirliyin birgə fəaliyyətinin müsbət nəticələrindən söhbət açmışdır.
İclasda cari ilin altı ayı ərzində tibbi-sosial ekspertiza, əlillərin reabilitasiyası, ilkin və təkrar müayinələrin həyata keçirilməsi, əlillik dərəcələrinin müəyyən edilməsi göstəricilərinə, əlillərin regional bərpa mərkəzlərinin fəaliyyətinə dair hesabatlar dinlənilmiş, nailiyyətlərlə yanaşı, nöqsan və çatışmazlıqlardan da danışılmış, onların aradan qaldırılması yolları müzakirə olunmuşdur.
Tibbi-sosial ekspert komissiyalarının strukturunun və bu sahədə istifadə olunan normativ-hüquqi sənədlərin təkmilləşdirilməsinin vacibliyi bildirilmiş, TSEK sədrlərinə və bərpa mərkəzlərinin baş həkimlərinə müvafiq tapşırıqlar verilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [16:19]
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək
- 15.10.2026 [16:13]