Koloradodan Hyustona uçan “Boeing” təyyarəsi təcili eniş edib
Bakı, 8 aprel, AZƏRTAC
“Boeing 737-800” təyyarəsi ABŞ-ın Kolorado ştatındakı Denver beynəlxalq hava limanından qalxarkən mühərrik örtüyünün qoparaq qanada dəyməsindən sonra təcili eniş edib.
AZƏRTAC xəbər verir ki, ABŞ Federal Aviasiya Administrasiyasının bəyanatına görə, “Southwest Airlines” aviakompaniyasına məxsus təyyarə Hyustondakı “William P. Hobby” hava limanına doğru uçuş həyata keçirirmiş. Hadisə ilə bağlı araşdırma başlayıb. Hazırda texniki xidmət qrupları təyyarəni yoxlayır.
“Southwest Airlines” sərnişinləri təqribən üç saat gecikmədən sonra başqa təyyarə ilə Hyustona çatdırıb.
Qeyd edək ki, “Boeing” korporasiyası 2018-ci ilin oktyabrından 2024-cü ilin martınadək təyyarələrinin təhlükəsizliyi və etibarlılığı ilə bağlı bir neçə insidentlə üzləşib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [20:48]
Rusiya ABŞ-yə dizel yanacağının tədarükünə 2-3 həftə ərzində başlaya bilər
- 15.10.2026 [20:28]
Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək
- 15.10.2026 [19:19]
Fyodor Şukin Dağıstanın rəhbəri seçilib
- 15.10.2026 [19:18]
İngiltərənin cənubunda güclü quraqlıq elan edilib
- 15.10.2026 [19:00]