Kolumbiyada kömür mədənində baş verən partlayışda ölənlərin sayı 21-ə çatıb
Bakı, 18 mart, AZƏRTAC
Kolumbiyanın mərkəzi hissəsindəki kömür mədənlərində baş verən partlayışdan sonra itkin düşən 10 şaxtaçının meyiti tapılıb və ölənlərin sayı 21-ə çatıb.
AZƏRTAC Reuters-ə istinadla xəbər verir ki, bir-birinə bitişik olan kömür mədənlərində baş verən partlayışlar Boqotadan təxminən 75 kilometr şimalda yerləşən Sutatausa kəndinin ərazisində baş verib.
“Mən qubernator Nikolas Qarsiya ilə əlaqə saxladım. O, mənə xilasetmə qruplarının bütün səylərinə baxmayaraq, təəssüf ki, Sutatausadakı faciəvi qəzada 21 nəfərin həyatını itirdiyini bildirdi”, - deyə Prezident Qustavo Petro tvitter hesabında yazıb.
Milli Mədən Agentliyi mədənlərdə fəaliyyətin dayandırıldığını və partlayışın səbəblərini müəyyən etmək üçün araşdırma aparılacağını bildirib.
Kolumbiyada kömür və qızıl mədənlərində ciddi qəzalar tez-tez baş verir. Ötən il mədənlərdə 117 qəza baş verib, 146 nəfər həyatını itirib. Ən dəhşətli qəza 2010-cu ilin iyununda baş verib, 73 nəfər həlak olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [13:45]
Malayziyada toz dumanı səbəbindən məktəblər bağlanır
- 09.10.2026 [12:44]
Finlandiya vətəndaşlıq testi tətbiq edir
- 09.10.2026 [12:05]
Rusiyanın Kaluqa vilayətində dron hücumu nəticəsində 9 nəfər yaralanıb
- 09.10.2026 [11:36]