KOMANDAMIZIN HESABINDA DAHA BİR GÜMÜŞ MEDAL
Yeniyetmələr arasında 7-ci Avropa olimpiadası sona yaxınlaşdıqca, yarışlar daha gərgin mübarizə şəraitində keçir. İyulun 31-də cüdoçuların yarışında qızıl medal uğrunda mübarizə aparan Nicat Şıxəlizadə (50 kq.) finalda gürcü idmançısına uduzaraq gümüş medala sahib olmuşdur. Digər idmançımız Elman Nəsibov (55 kq.) üç rəqib üzərində inamlı qələbə qazansa da, psixoloji gərginliyə tab gətirməyərək yarımfinala çıxa bilməmişdir.
Digər növlərdə çıxış edən idmançılarımız həmin gün istirahət etmişlər.
Fərəhli haldır ki, bir çox ölkələrin hakimləri ilə yanaşı, beynəlxalq dərəcəli hakim, azərbaycanlı Zahir Məmmədov da cüdo yarışlarına hakimlik etmişdir. Münsiflər heyəti bu təcrübəli hakimin idarə etdiyi yarışları yüksək qiymətləndirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [19:46]
Azərbaycanın qadın voleybolçuları İsveç yığması ilə qarşılaşıb
- 05.06.2026 [19:18]
Avropa çempionu olan Azərbaycanın minifutbol millisi Vətənə qayıdıb
- 05.06.2026 [18:52]
Azərbaycanın UFC döyüşçüsü: Mən yalnız zirvə üçün çalışıram
- 05.06.2026 [17:37]
Premyer Liqaya yüksələn komandanın yeni baş məşqçisi açıqlanıb
- 05.06.2026 [17:15]
Azərbaycan avarçəkəni Avropa çempionatında iştirak edəcək
- 05.06.2026 [16:35]