İDMAN
Konfrans Liqası: “Başakşəhər” Sloveniya, “Çelsi” Yunanıstan klubu qarşılaşacaq
Bakı, 24 oktyabr, AZƏRTAC
Bu gün UEFA Konfrans Liqasında II turun oyunlarına start veriləcək.
AZƏRTAC xəbər verir ki, Türkiyənin turnirdəki yeganə təmsilçisi “Başakşəhər” Sloveniyada “Sele”nin qonağı olacaq. Görüş Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.
Eyni saatda İngiltərə nəhəngi “Çelsi” Yunanıstanda “Panatinaikos”la qarşılaşacaq.
UEFA Konfrans Liqası
Liqa mərhələsi
II tur
24 oktyabr
18:30. “Vikinqur” (İslandiya) - “Serkl Brügge” (Belçika)
20:45. “Gent” (Belçika) - “Molde” (Norveç)
20:45. “Yurqorden” (İsveç) - “Vitoriya” (Portuqaliya)
20:45. APOEL (Kipr) - “Borats” (Bosniya və Herseqovina)
20:45. “Rapid” (Avstriya) - “Noa” (Ermənistan)
20:45. “Harts” (Şotlandiya) - “Omoniya” (Kipr)
20:45. “Sankt-Qallen” (İsveçrə) - “Fiorentina” (İtaliya)
20:45. “Panatinaikos” (Yunanıstan) - “Çelsi” (İngiltərə)
20:45. “Yagelloniya” (Polşa) - “Petrokub” (Moldova)
20:45. “Sele” (Sloveniya) - “Başakşəhər” (Türkiyə)
20:45. “Larne” (Şimali İrlandiya) - “Şemrok Rovers” (İrlandiya)
23:00. “Betis” (İspaniya) - “Kopenhagen” (Danimarka)
23:00. HJK (Finlandiya) - “Dinamo” (Minsk, Belarus)
23:00. “Olimpiya” (Sloveniya) - LASK (Avstriya)
23:00. TNS (Uels) - “Astana” (Qazaxıstan)
23:00. “Mlada Boleslav” (Çexiya) - “Luqano” (İsveçrə)
23:00. TSK (Serbiya) - “Legiya” (Polşa)
23:00. Pafos (Kipr) - “Haydenhaym” (Almaniya)
Qeyd edək ki, UEFA Konfrans Liqasının əsas mərhələsinin III turuna noyabrın 7-də start veriləcək.