KONSTİTUSİYA MƏHKƏMƏSİ PLENUMUNUN NÖVBƏTİ İCLASI OLMUŞDUR
AZƏRTAC xəbər verir ki, Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun növbəti açıq məhkəmə iclası keçirilmişdir.
İclasda Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə kollegiyasının 22 aprel 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxılmışdır.
Konstitusiya işi cavabverən tərəfin iştirakı olmadan araşdırılmışdır.
Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim R.Qvaladzenin məruzəsini, ərizəçinin nümayəndəsi A.Hüseynlinin və mütəxəssis N.Talıbovun çıxışlarını dinləyib, işin materiallarını araşdırıb müzakirə edərək qərar çıxarmışdır.
Qərarda deyilir ki, Azərbaycan Respublikası Milli Bankının Bakı Telefon Rabitəsi İstehsalat Birliyinə və “Poçtbank” Səhmdar İnvestisiya Bankına qarşı əsas borcun və faiz borcunun tutulması barədə Azərbaycan Respublikası Ali Məhkəməsi iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə kollegiyasının 22 aprel 2004-cü il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı, 417.0.3-cü və 418.1-ci maddələrinə uyğun olmadığına görə qüvvədən düşmüş hesab edilsin. İşə bu qərara uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın.
Qərar dərc olunduğu gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə, yaxud rəsmi təfsir oluna bilməz.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]
Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]