KONSTİTUSİYA MƏHKƏMƏSİNDƏ GÖRÜŞ
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, F.Abdullayev Azərbaycanda son illər ərzində həyata keçirilmiş məhkəmə islahatları barədə məlumat vermiş və bu islahatlar çərçivəsində vətəndaşların Konstitusiya Məhkəməsinə birbaşa müraciət etmək hüququ prosedurasını açıqlamışdır. O bildirmişdir ki, Dünya Bankının Azərbaycan hökuməti ilə birgə həyata keçirdiyi məhkəmə sisteminin modernləşdirilməsi layihəsi Konstitusiya Məhkəməsi də daxil olmaqla, respublikanın bütün məhkəmə orqanlarının müasir avadanlıqla təchiz edilməsi, onların işinin təkmilləşdirilməsi, vətəndaşların şikayətlərinin daha da operativ şəkildə araşdırılması üçün imkan yaradacaqdır.
Xanım Donna Dousett-Koirolo bu layihənin uğurlu və Azərbaycan məhkəmələrinin işi üçün faydalı olacağını vurğulayaraq, respublika məhkəmələrinin adekvat fəaliyyəti üçün onların müasir avadanlıqla təmin edilməsinin məhkəmə islahatlarının tərkib hissəsi olduğunu bildirmişdir.
Görüş zamanı Konstitusiya Məhkəməsinin texniki təminatı üçün Dünya Bankının Azərbaycan hökuməti ilə həyata keçirdiyi layihənin bir sıra məsələləri müzakirə olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [15:35]
Laos Prezidenti Azərbaycana rəsmi səfərə gəlib
- 12.10.2026 [13:46]
Kambocanın Baş naziri Zəfər parkını ziyarət edib
- 12.10.2026 [11:47]