Koqalım şəhərində Ümummilli Liderin 100 illik yubileyinə həsr olunmuş tədbir təşkil edilib
Moskva, 4 sentyabr, AZƏRTAC
Azərbaycanın Yekaterinburqdakı Baş konsulluğu və “Dostluq” Koqalım milli mədəniyyət təşkilatının birgə təşkilatçılığı ilə Rusiyanın Xantı-Mansiysk Muxtar Dairəsinin Koqalım şəhərində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş sərgi və konsert keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə fotosərgi ilə tanış olan tədbir iştirakçılarına daha sonra ölkəmizin Yekaterinburqdakı Baş konsulluğunun dəstəyi ilə çəkilmiş “Heydər Əliyev - Rusiyadan baxış” filmi təqdim olunub. Tədbirin proqramının rəsmi hissəsində baş konsul vəzifəsini icra edən Şöhrət Mustafayev Ümummilli Liderin həyat və yaradıcılığından söhbət açaraq, onun Azərbaycan-Rusiya münasibətlərinə verdiyi töhfələrdən danışıb.
Tədbir konsert proqramı ilə davam edib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva