“KOROĞLU” OPERASI YENİ QURULUŞDA TAMAŞAYA HAZIRLANIR
Teatrdan AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, operanın quruluşçu rejissoru Hafiz Quliyev, quruluşçu rəssamı SSRİ xalq rəssamı, Dövlət mükafatları laureatı Tahir Salahov, musiqi rəhbəri və dirijoru əməkdar incəsənət xadimi Cavanşir Cəfərov, rəqslərin quruluşçusu SSRİ xalq artisti Qəmər Almaszadə, xormeyster Sevil Hacıyevadır.
Tamaşada Koroğlunun partiyasını gənc vokalçı Ülvi Qılınc ifa edəcəkdir. Digər əsas rolları xalq artisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Qərinə Kərimova (Nigar), əməkdar artistlər Şahlar Quliyev (Həsən xan), vokalçıların Bülbül adına 1-ci Beynəlxalq müsabiqəsinin laureatı Əli Əsgərov (İbrahim xan), Əkrəm Poladov (Alı kişi), Nəzakət Teymurova (müğənni qız) və başqaları oynayacaqlar.
İlk tamaşa fevralın 29-da olacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [16:29]
Gürcüstandakı Azərbaycan teatrı ötən il 10 tamaşa hazırlayıb
- 12.06.2026 [16:03]
Ştutqartda Müstəqillik və Milli Qurtuluş günləri qeyd olunub
- 12.06.2026 [14:34]
Milli Kitabxanada Milli Qurtuluş Günü münasibətilə kitab sərgisi açılıb
- 12.06.2026 [13:54]