Koronavirusa yoluxan xəstələrdən 329-u reanimasiyadadır
Bakı, 9 iyul, AZƏRTAC
İyulun 9-da Azərbaycanda koronavirusa yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7505 test aparılıb. Ötən müddət ərzində aparılan testlərin sayı 544 min 735-ə çatıb.
Bu barədə AZƏRTAC-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Hazırda müalicəsi davam etdirilən koronaviruslu xəstələrin sayı 8589-a bərabərdir. Xəstələrdən 329 nəfəri reanimasiyadadır ki, onlardan da 59-u süni tənəffüs cihazına qoşulub.
Xatırladaq ki, iyulun 9-da Azərbaycanda koronavirus infeksiyasına daha 548 yoluxma faktı qeydə alınıb, 491 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış on nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 22 min 464 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 13 min 591 nəfər müalicə olunaraq sağalıb, 284 nəfər vəfat edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]