Közərmə lampalarının idxalı, istehsalı və satışı qadağan ediləcək

Bakı, 11 aprel, AZƏRTAC
“Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Qanuna təklif edilən dəyişikliklər üçüncü oxunuşda təsdiqlənib.
AZƏRTAC xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin aprelin 11-də keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.
Sənədə əsasən, Qanuna yeni 17.2-ci maddə əlavə edilir. Bu maddəyə əsasən istehsal proseslərində və əsas məqsədi işıqlandırma olmayan məhsullarda xüsusi istifadəsi nəzərdə tutulan közərmə lampaları istisna olmaqla, dəyişən cərəyan dövrəsində işıqlandırma məqsədilə istifadə edilə bilən elektrik közərmə lampalarının aşağıdakı tarixlərdən idxalı, istehsalı və satışı qadağan edilir. Belə ki, 60 Vt və yuxarı gücə malik olan közərmə lampaları 2026-cı il yanvarın 1-dən, 25 Vt-dan (25 Vt daxil olmaqla) 60 Vt-a qədər gücə malik olan közərmə lampaları isə 2026-cı il iyulun 1-dən qadağan olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.04.2025 [20:35]
Azərbaycan və Sloveniya Birgə İşçi Qrupunun ilk iclası olub
- 17.04.2025 [18:25]
FHN: Bir sıra ərazilərdə suçəkmə və vətəndaşların təxliyə işləri yekunlaşıb
- 17.04.2025 [17:54]
Sloveniya nümayəndə heyəti Bakı DOST Mərkəzinin fəaliyyəti ilə tanış olub
- 17.04.2025 [16:08]
Güclü külək nəticəsində paytaxtda 368 ağac sınıb, 55-i zədələnib
- 17.04.2025 [15:59]