Kreml: PUA-ların hücumu Kiyevin cavabıdır
Moskva, 30 may, AZƏRTAC
Ötən gecə pilotsuz uçuş aparatlarının (PUA) Moskvaya və Moskva vilayətinə hücumu bazar günü Rusiya ordusunun Ukraynada “qərarların qəbul olunduğu mərkəzlərdən birinə” effektiv zərbəsinə Kiyevin cavabıdır.
AZƏRTAC xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
Onun sözlərinə görə, Prezident Putinə PUA-ların zərbələri barədə məlumat verilib. Kremlin sözçüsü hakimiyyət orqanlarının yaranmış vəziyyətdə işindən razılıq ifadə edib. D.Peskov Vladimir Putinin PUA-ların hücumu ilə əlaqədar xalqa müraciət etməyəcəyini də vurğulayıb.
Xatırladaq ki, mayın 30-na keçən gecə saat 04:13 radələrindən başlayaraq “Novaya Moskva” yaşayış məntəqəsi, Moskva şəhəri və Moskva vilayətinə 8 PUA hücumu qeydə alınıb. Hadisələr nəticəsində bir neçə yaşayış binasına ziyan dəyib. İnsan tələfatı yoxdur. PUA-ların beşi hava hücumundan müdafiə qurğuları tərəfindən vurulub.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [18:08]
Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb
- 02.10.2026 [17:48]
Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq
- 02.10.2026 [16:46]
Konqoda Ebola virusundan ölənlərin sayı 4018-ə çatıb
- 02.10.2026 [16:34]
Yəməndə aclıq səviyyəsi sürətlə artır
- 02.10.2026 [15:40]
Somali sahillərində Pakistanın 4 dənizçisi piratlardan xilas edilib
- 02.10.2026 [15:17]
Rusiya neft emalı zavodlarının modernləşdirilməsini təxirə sala bilər
- 02.10.2026 [15:15]
İran İraqdan uçuş məhdudiyyətlərinin aradan qaldırılmasını istəyib
- 02.10.2026 [15:08]
Ukraynalı ekspert: Rusiya döyüş taktikasını dəyişib VİDEO
- 02.10.2026 [14:43]