Krımda İkinci Dünya müharibəsində həlak olmuş azərbaycanlı döyüşçülərin xatirəsi yad edilmişdir
Bakı, 11 may (AZƏRTAC). Krım yarımadasının müxtəlif regionlarında yaşayan Azərbaycan diasporunun nümayəndələri Sevastopoldakı (Ukrayna) Sapun-qorada Azərbaycan döyüşçülərinin şərəfinə ucaldılmış memorial kompleksin yanında toplaşaraq İkinci Dünya müharibəsində həlak olanların xatirəsini yad etmişlər. Bu barədə AZƏRTAC-a Krım Azərbaycan İcmasının başçısı Rəhim Hümbətov məlumat vermişdir.
Müharibə illərində Krım torpağında Azərbaycanın neçə-neçə igid oğul və qızlarının qanı tökülmüşdür. Anım mərasiminə toplaşanlar Krımın, Sevastopolun, Ukraynanın faşistlərdən azad edilməsi uğrunda canlarından keçmiş minlərlə azərbaycanlının xatirəsini ehtiramla yad etmişlər.
Mitinqdə yarımadanın müxtəlif regionlarından döyüşən ordu sıralarına çağırılmış azərbaycanlıların adları oxunmuşdur. Tədbirdə Rusiyadan - Moskva və Həştərxandan gəlmiş qonaqlar da iştirak etmişlər.
Xatırladaq ki, Krım Azərbaycan İcması 1991-ci ildən bəri hər il mayın 9-da İkinci Dünya müharibəsi illərində yarımadada hərbi əməliyyatların fəal iştirakçısı olmuş 77-ci Azərbaycan diviziyasının döyüşçülərinin şərəfinə ucaldılmış abidənin önündə mitinq təşkil edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.06.2026 [14:54]
Avstriya-Azərbaycan Ticarət Palatasının prezidenti təltif olunub
- 04.06.2026 [16:03]
Niaqara Fols şəhərində Azərbaycanın Dövlət Bayrağı ucaldılıb
- 03.06.2026 [13:06]
Azərbaycanın Müstəqillik Günü Kiryat-Yamda da qeyd edilib
- 02.06.2026 [19:28]
İsveçdə Müstəqillik Gününə həsr olunan tədbir keçirilib
- 26.05.2026 [19:44]
Azərbaycan Bayrağının rəngləri Niaqara şəlaləsində
- 25.05.2026 [12:17]
Tarixi Darvin Kollecində 28 May – Müstəqillik Gününə həsr olunan tədbir
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]