Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Bakı, 8 aprel, AZƏRTAC
Milli Hidrometeorologiya Xidməti aprelin 9-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.
Xidmətdən AZƏRTAC-a bildirilib ki, Ağstafa, Qazax, Gəncə, Mingəçevir, Bərdə, Tərtər, Ağdam, Kəlbəcər, Yevlax, Zərdab, Göyçay, Qusar, Balakən, Zaqatala, Şəki, Qax, Qəbələ, İsmayıllı, Şamaxı, Qobustan, Neftçala, Goranboy, Daşkəsən, Naftalanda isə narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti saniyədə 20.8-28.4 metrədək güclənəcək.
Bakıda və Abşeron yarımadasında, eyni zamanda, əksər rayonlarda sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti saniyədə 13.9-20.7 metr təşkil edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [15:48]
Həftəsonu müşahidə ediləcək hava şəraiti açıqlanıb
- 07.08.2026 [12:54]
Sabah Azərbaycanda havanın temperaturu 39 dərəcəyədək yüksələcək
- 07.08.2026 [10:10]
Kolleclərə qəbul üzrə ixtisas seçimi avqustun 9-dək davam edəcək
- 07.08.2026 [07:43]
Avropada istidən 25 mindən çox insan ölüb
- 06.08.2026 [22:35]