Kür çayında qanunsuz balıq ovu ilə məşğul olanlara qarşı reyd keçirilib
Şəmkir, 3 mart, Ruslan Novruzoğlu, AZƏRTAC
Respublika Balıqçılar İttifaqı və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən Kür çayının Şəmkir rayonunun ərazisindən keçən hissəsində qanunsuz və qadağan edilən vasitələrlə balıq tutmaqla məşğul olan şəxslərə qarşı reyd keçirilib.
AZƏRTAC xəbər verir ki, reyd zamanı Kür çayı sahilində dövlət tərəfindən istifadəsinə qadağa qoyulan sintetik torlardan istifadə edilməsi faktları aşkar olunub.
Balıqçılar İttifaqının sədri Əfqan Əliyev bildirib ki, brokonyerlərlə yanaşı, hətta bəzi kvota sahibləri belə tətbiq olunan qaydaları kobud şəkildə pozur. Reyd zamanı bu, bir daha müşahidə olundu. Rəsmi icazəsi olan bəzi şəxslər də göstərilən rəqəmlərdən dəfələrlə artıq balıq tuturlar.
Reyd zamanı brokonyerlələ məxsus motorlu qayıq da aşkar olunub. Qadağan olunan sintetik torlar məhv edilib.