Kür çayının aşağı axınında suyun səviyyəsi düşmüşdür
Bakı, 27 mart (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti çayların mövcud vəziyyətini öyrənmək üçün araşdırma aparmışdır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, hazırda Böyük Qafqazın çaylarında sululuq ongünlük normanın 100-220, Kiçik Qafqazın çaylarında 95-100, Lənkəran-Astara bölgəsi çaylarında 65-105, Naxçıvan MR çaylarında isə 30-35 faizini təşkil edir. Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi saniyədə 163 kubmetr, Qanıx çayının Əyriçay məntəqəsində isə saniyədə 95,0 kubmetr olmuşdur.
Araşdırmaya görə, Kür çayının aşağı axınındakı Surra məntəqəsində suyun səviyyəsi 56, Şirvanda 36, Bankədə 26, Salyanda 35, Araz çayının Novruzlu məntəqəsində isə 40 santimetr azalmışdır.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 664, Şirvanda 577, Salyanda 510, Bankədə 345, Araz çayının Novruzlu məntəqəsində isə 410 santimetrdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:27]
Sabaha gözlənilən hava şəraiti açıqlanıb
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]