Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 16 santimetr azalıb
Bakı, 20 iyun, AZƏRTAC
Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 40-50, Kiçik Qafqazın çaylarında 110-140, Lənkəran-Astara bölgəsi çaylarında isə 30-70 faizini təşkil edir.
Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib. İyunun 20-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 16 santimetr azalma müşahidə olunub. Məntəqədə su sərfi saniyədə 423 kubmetr təşkil edib. Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 14 santimetr azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi saniyədə 166 kubmetr təşkil edir. Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsi 8 santimetr azalıb.
Kür çayının aşağı axınında da suyun səviyyəsinin əsasən azaldığı müəyyən edilib.
Hazırda suyun səviyyəsi Kür çayının aşağı axınındakı məntəqələrdə - Surrada 340, Salyanda 151, Bankədə 179, Novruzlu məntəqəsində isə 60 santimetrdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [17:37]
Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ
- 07.08.2026 [16:39]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 07.08.2026 [15:48]
Həftəsonu müşahidə ediləcək hava şəraiti açıqlanıb
- 07.08.2026 [12:54]
Sabah Azərbaycanda havanın temperaturu 39 dərəcəyədək yüksələcək
- 06.08.2026 [14:27]
Azərbaycanda zubrların sayı 89-a çatıb
- 06.08.2026 [12:41]
Sabahın hava proqnozu açıqlanıb
- 06.08.2026 [10:07]