Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 7 santimetr azalıb
Bakı, 28 iyun, AZƏRTAC
Ötən günlər ərzində respublika çaylarının sululuğunda əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 30-50, Kiçik Qafqazın çaylarında 20-90, Lənkəran-Astara bölgəsi çaylarında isə 30-60 faizini təşkil edir.
Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib. İyunun 28-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 7 santimetr azalma müşahidə olunub. Məntəqədə su sərfi saniyədə 250 kubmetr təşkil edib. Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik qeydə alınmayıb. Hazırda məntəqədə su sərfi saniyədə 93 kubmetr təşkil edir.
Kür çayının aşağı axınında, eləcə də Araz çayının Novruzlu məntəqəsində da suyun səviyyəsində mühüm dəyişiklik baş verməyib.
Hazırda suyun səviyyəsi Kür çayının aşağı axınındakı məntəqələrdə - Surrada 333, Salyanda 95, Bankədə 179, Novruzlu məntəqəsində isə 44 santimetrdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [17:37]
Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ
- 07.08.2026 [16:39]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 07.08.2026 [15:48]
Həftəsonu müşahidə ediləcək hava şəraiti açıqlanıb
- 07.08.2026 [12:54]
Sabah Azərbaycanda havanın temperaturu 39 dərəcəyədək yüksələcək
- 06.08.2026 [14:27]
Azərbaycanda zubrların sayı 89-a çatıb
- 06.08.2026 [12:41]
Sabahın hava proqnozu açıqlanıb
- 06.08.2026 [10:07]