Kür və Araz çaylarında keçirilən monitorinqlərin nəticələri açıqlanmışdır
Bakı 1 iyul (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədi ilə iyun ayının üçüncü ongünlüyü üçün monitorinq keçirmişdir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Kür çayında su sərfi iyun ayının ikinci ongünlüyünə nisbətən 94 kubmetr/saniyə azalaraq 365 kubmetr/saniyə təşkil etmişdir. Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində çayda biogen maddələrin miqdarı artmışdır. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri Şıxlı-2 məntəqəsində, Ağstafaçay su anbarında yol verilən qatılıq həddini keçmişdir.
Araz çayının Horadiz, Birinci Şahsevən, Bəhrəmtəpə məntəqələrində də zərərli maddələr normadan çox olmuşdur.
Suyun oksigen rejimi bütün məntəqələrdə sanitar norma daxilində dəyişmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [17:47]
Qusarın Laza kəndində sürüşmə olub
- 11.06.2026 [17:26]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 11.06.2026 [12:46]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 10.06.2026 [12:22]
Sabah 33 dərəcə isti olacaq
- 10.06.2026 [09:29]