Kürdəmirdə avtomobillər toqquşub, xəsarət alan var
Kürdəmir, 16 aprel, AZƏRTAC
Kürdəmirdə yol qəzası baş verib. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Molla Pənah Vaqif küçəsində qeydə alınıb. Belə ki, Arif Müseyib oğlu Rəsulovun idarə etdiyi “Toyota” markalı avtomobillə əks istiqamətdə hərəkətdə olan Taleh Ağamməd oğlu Caməmmədovun idarə etdiyi “Niva” markalı maşın toqquşub. Nəticədə “Niva”da olan sərnişin, 1981-ci il təvəllüdlü Ramiz Namiz oğlu Məmmədov müxtəlif dərəcəli bədən xəsarəti alıb və o, Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [16:26]
Naxçıvanda “Rəqəmsal Kənd Mərkəzi” layihəsinin icrasına başlanılıb
- 09.10.2026 [15:57]
Siyəzəndə ərzaq bazarında yoxlama aparılıb
- 09.10.2026 [15:53]
Səyyar Gənclər Xidməti Kürdəmir gəncləri üçün fəaliyyət göstərib
- 09.10.2026 [15:32]
Arıçı Ağadadaş Abbasov: Bu peşədə hər fəslin özünəməxsus çətinliyi var
- 09.10.2026 [14:38]
Emsa Fazliç: Xocalı əhalisinin çəkdiyi əzablar bizi çox kədərləndirir VİDEO
- 09.10.2026 [14:11]
İsraildən olan turistlər Qəbələ Dövlət Tarix-Bədii Qoruğunu ziyarət ediblər
- 09.10.2026 [13:54]