KÜVEYT DÖVLƏTİ AZƏRBAYCANIN MÖVQEYİNİ HƏMİŞƏ DƏSTƏKLƏMİŞDİR
Qonaq Azərbaycan-Küveyt əlaqələrinin hərtərəfli inkişafını və bu sahədə ölkəmizin Küveytdəki səfirliyinin rolunu yüksək qiymətləndirmişdir.
Elmar Məmmədyarov tezliklə Bakıda Küveytin səfirliyinin açılacağından məmnunluğunu bildirmiş, bunun ölkələrimizin əlaqələrinin daha da genişlənməsinə töhfə verəcəyini söyləmişdir. O, İslam Konfransı Təşkilatının üzvü olan dövlətlərin xarici işlər nazirlərinin iyunun 19-21-də Bakıda keçiriləcək konfransında küveytli həmkarı ilə görüşdə ikitərəfli əməkdaşlıqla bağlı danışıqlar aparılacağını vurğulamışdır. Nazir Küveyt Dövlətinin Azərbaycanın mövqeyini beynəlxalq təşkilatlarda həmişə dəstəklədiyini xatırlatmış, Küveyt tərəfinin Azərbaycanın BMT-nin İnsan Hüquqları Şurasına namizədliyini dəstəklədiyinə görə təşəkkürünü bildirmişdir.
Nazir vaxtilə Küveytin də işğala məruz qaldığını xatırladaraq, Azərbaycanın ərazi bütövlüyünün müzakirə mövzusu olmadığını, Azərbaycanda yaşayan digər milli azlıqlarla yanaşı, erməni milli azlığının da bu ölkənin vətəndaşları kimi tanındığını vurğulamışdır.
Şeyx Feysəl Xəlifə əl-Məlik əl-Sabah dünyada islamın nüfuzunun möhkəmlənməsi istiqamətində fəaliyyətin gücləndirilməsinin və bu məqsədlə əlaqələndirmə işlərinin aparılmasının vacibliyini bildirmişdir.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər barədə də fikir mübadiləsi olmuşdur.