Laçın yaylaqlarında əhaliyə səyyar tibbi xidmət göstərilib
Laçın, 2 iyul, Aydın Yavərzadə, AZƏRTAC
Laçın Rayon Mərkəzi Xəstəxanasının həkim-mütəxəssisləri tərəfindən mövsümi olaraq Laçın rayonunun Ağbulaq, Şeylanlı, Qarakeçdi kəndlərinə və yaylaqlara mövsümi köçən fermerlərin səyyar tibbi müayinəsi təşkil edilib.
Xəstəxanadan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, terapevt, endokrinoloq, pediatr, dermatoloq, infeksionist, ultrasəs müayinə, laborant ixtisasları üzrə həkimlərdən ibarət briqada tərəfindən aparılan müayinələrə 16-sı uşaq, 58-i isə 18 yaşdan yuxarı olmaqla, ümumilikdə, 74 nəfər cəlb olunub.