Laçının işğaldan azad edilməsinin birinci ildönümü ilə bağlı ağacəkmə aksiyası keçirilib
Ağcabədi, 1 dekabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Laçın rayonunun işğaldan azad edilməsinin birinci ildönümü münasibətilə rayonun icra strukturlarının, idarə və müəssisələrinin müvəqqəti fəaliyyət göstərdiyi Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində ağacəkmə aksiyası keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Laçın Rayon İcra Hakimiyyətinin, hüquq- mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, şəhid ailələri və Vətən müharibəsi iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin rayon icra hakimiyyətinin inzibati binası qarşısındakı büstü və ərazidəki Xatirə kompleksini ziyarət edib, önünə tər güllər düzüblər.
Sonra Qayğı qəsəbəsi ərazisində 400-dən çox həmişəyaşıl ağac əkilib.